(Berlin) - Human Rights Watch insan haqları təşkilatının bu gün yaydığı bəyanatınd bilidirib ki, Azərbaycan hakimiyyəti saxta narkotik ittihamıyla saxlanmış gənc fəal Bayram Məmmədovu əfvlə azadlığa buraxandan iki həftə sonra yenidən həbs edib.  Məmmədov hökumətlə bağlı tənqidi mövqe tutan NİDA gənclər hərəkatının üzvüdür.

2016-cı ilin mayında keçmiş prezident Heydər Əliyevin heykəli üzərinə “Qul bayramınız mübarək!” yazandan sonra saxta narkotik ittihamıyla 10 illik həbsə məhkum edilən Bayram bu il martın 16-da əfvlə azadlığa çıxmışdı. O, yerli mediaya müsahibəsində hakimiyyəti tənqid edəndən bir gün sonra yenidən həbs olunub.

“Bayram Məmmədovun yenidən həbsi Azərbaycan hökumətinin tənqidə dözümsüzlüyünün, azad sözə nifrətinin daha bir örnəyidir”, – Human Rights Watch-un Avropa və Orta Asiya üzrə direktor müavini Giorgi Gogia deyib. “Azərbaycan hakimiyyəti onu dərhal azadlığa buraxmalı, saxlanması, hansısa pis rəftara məruz qalması barədə hesabatlığı təmin etməlidir”, – o, sözlərinə əlavə edib.

Polislər gənc fəal Bayram Məmmədovu Bakı Apellyasiya məhkəməsinə gətirir. 2 aprel 2019.

© 2019 Mehman Hüseynov

Məmmədov 30 mart tarixində saxlanılıb və saxta tabe olmama ittihamları ilə 20 gün müddətinə inzibati qaydada azadlıqdan məhrum edilib. Bu qərardan verilən appelyasiya şikayəti 2 aprel tarixində təmin olunmayıb. Appelyasiya şikayətinə baxış zamanı Məmmədov polis məntəqəsinin saxlanma yerində pis rəhtara məruz qaldığını bildirib. Onun üzündə aşkar görünən zədələr olub. Hakimiyyət Məmmədovu dərhal azad etməli, pis rəftar ilə bağlı iddiaların araşdırılmasını təmin etməli və məsuliyyət daşıyan şəxsləri intizama cəlb etməlidir. 

30 mart tarixində, saat 2 radələrində Sabunçu rayon polisinin nümayəndəsi Məmmədovun Bakıda yerləşən evinə gələrək, polis rəisinin onunla görüşmək istədiyini və Məmmədovun bölməyə getməli olduğunu bildirib. Həmin polis nümayəndəsi Məmmədovu 18 və 29 mart tarixlərində də ziyarət etmiş, və onu həbsindən sonrakı qeydiyyat proseduru ilı bağlı polis idarəsinə aparmışdır.

Məmmədovun atası Human Rights Watch-a bildirib ki, onlar idarənin qarşısında saatlarla gözləsələr də, polis rəisi məşğul olduğunu əsas gətirərək ailə ilə görüşməyib. Yekunda üç polis işçisi Məmmədova bildirib ki, onlar birlikdə rayon Baş Polis İdarəsinə getməlidirlər və atası onları başqa maşın ilə izləyə bilər. Buna baxmayaraqŞ Məmmədovun atası saat 6 radələrində Baş Polis İdarəsinə çatanda, ona deyilib ki, oğlu orada deyil və əslində harda olduğu ilə bağlı məlumat verilə bilməz.

Həmin günün axşamı Məmmədova atası ilə qısa telefon əlaqəsi yaratması üçün icazə verilib. O atasına xəbər verib ki, 30 gün müddətinə azadlıqda məhrum edilib və Daxili İşlər Nazirliyinin zənnindəki Binəqədi Müvəqqəti Saxlanma Təcridxanasında saxlanılır. O saxlanma müddətində və məhkəmə gedişatında öz vəkilini görə bilməyib. 
Human Rights Watch qeyd edir ki, Azərbaycanda inzibati xəta iddiaları ilə bağlı məhkəmələr, Məmmədovun işində də olduğu kimi səthi keçirilməklə yanaşı bir neçə dəqiqə çəkir və polis ifadəsi yeganə sübut kimi qeydə alınır.

1 aprel tarixində Məmmədovun ailəsi vəkil Elçin Sadığovla əlaqə saxlayəb və o, saat 11 radələrində saxlanma məntəqəsinə girməyə cəhd edib. Sadığov Human Rights Watch-a bildirib ki, rəhbərlik ona görüş otağında dezinfeksiya işlərinin getməsini səbəb göstərərək içəri girməsinə icazə verməyib. Ona deyilib ki, 2 güm sonra məhkum ilə görüşə bilər. 

Human Rights Watch vəkil vasitəsilə inzibati məhkəmə qərarına və inzibati xəta ilə bağlı tərtib olunan protokola baxış edib. Məhkəmə Məmmədobu İnzibati Xətalar Məcəlləsinin 535.1 maddəsinə əsasən polisə tabe olmamaqda ittiham edərək 30 sutka müddətinə azadlıqdan məhrum edib. Qərarda yazılır ki, Məmmədov polis işçiləri haqqında kənar ifadələr işlədib, bölmədə səs-küy salıb və polisin qanuni göstərişlərinə tabe olmayıb. 
Məmmədovun atası bölmədə onunla birlikdə olarkən oxşar hadisələrin baş vermədiyini bildirir. 

Vəkil onu 2 aprel tarixində appelyasiya şikayətinə baxış zamanı görə bilib. Məhkəmə gedişatında Məmmədov onu məhkəməyə gətirən iki işçini göstərərək deyib ki, saxlanma dövründə onlar tərəfindən fiziki şiddətə məruz qalıb. O, vəkilə bildirib ki, kamerada onu əlləri və ayaqları bağlı şəkildə 24 saat üzü üstə yerdə saxlayblar. O həmçinin deyib ki, içəridə onun üzünə şillələr və zərbələr vurulub. Məhkəmə prosesində iştirak edən müşahidəçilər bildirib ki, Məmmədovun burnunda, qulaqlarındə və alnında zədə izləri var imiş.

Appelyasiya Məhkəməsi inzibati həbslə bağlı qərarı qüvvədə saxlasa da, pis-rəftarla bağlı iddiaların araşdırılmasını göstəriş verib.

Azərbaycan BMT-nin İşgəncəya qarşı Konvensiyası və Avropa İnsan Hüquqları Konvensiyası da daxil olmaqla, çoxsaylı insan hüquqları ilə bağlı sazişlərdə tərəfdir. Həmin sazişlər məhkumlara qarşı işgəncə və pis rəftarın digər formalarını birmənalı olaraq qadağan edir və hökümətlərdən özbaşına həbslərə qarşı çoxsaylı tədbirlər görməyi tələb edir. Azərbaycanın öhdəlikləri sırasında saxlanma anından vəkil iştirakı hüququnun, pis rəftar iddialarının sürətli və hərtərəfli araşdırılmasının, eləcə də bunlar üçün səmərəli vssitələrin təminatı da yer alır.

Human Rights Watch Azərbaycanın çoxsaylı insan haqları sazişlərinə üzv olduğunu yada salır, həmin sənədlər isə saxlananlar işgəncə verilməsini, hansısa formada pis rəftarı qadağan edir. Qurum eyni zamanda Azərbaycan hakimiyyətinin tənqidi səsləri, narazıları susdurduğunu, onlarla jurnalistin, insan haqları və dini fəalın siyasi motivlərlə saxlandığını bildirir. Martın 16-da isə prezident siyasi məhbus sayılan 51 nəfəri əfv edib.

“Məmmədovun mediaya müsahibəsində tənqidindən sonra yenidən saxlanması Azərbaycanda siyasi məhbusların azadlığa buraxılması üzərinə kölgə salır. Hakimiyyət onu dərhal buraxmalı, əfvin ölkədə insan haqlarının durumunun yaxşılaşdırılması yönündə əsl addım olmasını təmin etməlidir”, – Gogia vurğulayıb.