Skip to main content

Azərbaycan: Pandemiya dövründə repressiya

Müxalifətdən qisas almaq üçün məhdudiyyətlərdən sui-istifadə etməyi dayandırın

A policeman verifies a driver's permission to be moving around the city in April 2020.  © 2020 Azadliq Radiosu/RFERL.

(Berlin) - Azərbaycan hökuməti koronavirusa qarşı mübarizə çərçivəsində tətbiq edilmiş məhdudiyyətlərdən sui-istifadə və hökuməti tənqid edənləri susdurmaq üçün müxalifət fəallarını həbs edir. Son həftələrdə hökumət ən az altı fəal və müxalif jurnalist saxta karantin rejimini pozmaq və ya polisə tabe olmamaq ittihamları ilə 10 gündən 30 günədək həbs edib.

Demək olar ki, onların hamısı karantin mərkəzlərindəki şəraiti və ya hökumətin əhalinin həssas təbəqələrinə adekvat kompensasiya vermək iqtidarında olmamasını tənqid etdikdən sonra həbs ediliblər. Həbs edilənlər arasında hətta xroniki xəstəliyi olan övladını müalicə üçün xəstəxanaya aparan insan da olub.

"Baş verən bu həbslər tamamilə Azərbaycanda köhnə siyasi qisas modelinə uyğundur", deyə - Human Rights Watch təşkilatının Avropa və Orta Asiya üzrə director müavini bildirib. "Hakimiyyət ifadə azadlığına görə cəzalandırmaq üçün fövqəladə vəziyyətdən bəhanə kimi istifadə etməyə son qoymalıdır", deyə o, əlavə edib.

Human Rights Watch təşkilatı məhkəmə sənədlərini nəzərdən keçirib və 22 Martdan bəri inzibati ittihamlarla və ya polis əmrlərinə tabe olmamaq ittihamları ilə həbs edilmiş yeddi fəalın ailə üzvləri və vəkilləri ilə danışıb. Bu yeddi nəfərin biirndən başqa hamısı hamısı həbsdədir.

Bütün bu həbslər, Prezident İlham Əliyevin pandemiyaya qarşı tədbirlərdən müxalifətə qarşı istifadə olunacağını ehtiva edən açıqlamalarından sonra baş verib. Bu, hökumətin siyasi tənqidçilərə və azad sözə olan hörmətsizliyinin başqa bir nümunəsidir.

HRW hesab edir ki, insanların karantin rejiminin pozulmasına görə həbsi əslində xəstəliyin yayılmasını artıra bilər, çünki insanların çox olduğu həbs yerlərində virus asanlıqla yayıla bilər. Həm regional monitorinq orqanları, həm də milli qruplar, Azərbaycanda inzibati məsuliyyətə cəlb olunan məhbuslar üçün saxlanma yerlərindəki durumu tənqid edirək, oradakı şəraitin tətbiq olunan cəzaların uzunluğuna uyğun olmadığını diqqətə gətirmişdir.

Azərbaycan ilk Covid-19 halı 28 fevral 2020-ci ildə qeydə alınıb və 15 aprel tarixinə qədər 1 253 şəxsin bu virusa yoluxduğunu elan edib. Hökumət, 10-dan çox adamın toplaşmasına,  Bakıya və ətraf rayonlara zəruri olmayan səyahətlərə qadağalar da daxil olmaqla bir sıra sosial məsafə saxlama tədbirlərini tətbiq edib.

Aprelin 5-də, COVİD-19 ilə mübarizə tədbirləri çərçivəsində hakimiyyətin tətbiq etdiyi yeni elektron icazə sistemi tələb edir ki, insanlar evdən çıxmadan öncə müvafiq qaynar xəttə zəng etməli və ya sms mətni göndərməlidir. Bu elektron icazə gündə yalnız bir dəfə mövcuddur və iki saat ərzində müalicə almaq, dərman almaq və ya dükana, banka və ya poçt şöbəsinə getmək və ya yaxın qohumun cənazəsində iştirak etmək üçün etibarlıdır.

Martın 16-da Milli Məclis inzibati xətalar məcəlləsinə düzəlişləri qəbul edərək, karantin rejimini pozmağa görə 100 manatdan 200 manatadək (60-120 ABŞ dolları) cərimə və ya 30 günədək həbs cəzasını nəzərdə tutan yeni qaydaları təsdiq edib. Məhkəmə sanksiyaları təyin edir və qərar verir. Ümumiyyətlə, Azərbaycanda inzibati qanun pozuntuları ilə əlaqədar məhkəmə işləri, nadir hallarda bir neçə dəqiqədən çox davam edir və polis ifadələri çox vaxt yeganə sübut olur. Bu son həbslərdə də məhkəmə çəkişmələri fərqli deyildi, deyə Human Rights Watch bildirib.

Daxili İşlər Nazirliyinin məlumatına görə, karantin rejimini pozduğuna görə mart ayında 154 nəfər həbs edilib, minlərlə adam cərimələnib.

Martın 22-də polis müxalif Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Cəlilabad şəhərindən olan üzvü Anar Məlikovu polis məntəqəsinə çağırıb. Məlikov Human Rights Watch-a bildirib ki, xaricdən qayıdan azərbaycanlıların təcrid olunduğu karantin mərkəzlərindəki pis və qeyri-sanitariya şəraitini tənqid edən yazılar yazaraq social mediada paylaşıb. Polis şöbəsində Məlikovu, əsasən, Facebook-dakı yazıları barədə sorğu-suala tutub və virusla bağlı yalan məlumat yaymaqda ittiham ediblər. Məhkəmə onu 10 gün həbs cəzasına məhkum edib.

Aprelin 6-da polis müxalifət yönümlü Azərbaycan Demokratiya və Rifah Hərəkatının üzvü Şakir Məmmədovu evinin yaxınlığında həbs edib və hökuməti qarantin zamanı aztəminatlı ailələrə yardım göstərməyə çağıran tənqidi Facebook yazılarını silməsini tələb edib. Məmmədovun vəkili Human Rights Watch-a bildirib ki, Məmmədov sms mesajı ilə rəsmi icazə aldıqdan sonra aptekə gedərkən yolda mülki geyimli polislər onu həbs edib. İki polis nəfəri Məmmədlinin guya söyüş söyməsini və polisə qarşı aqressiv olduğuna dair ifadə verib və nəticədə məhkəmə onu 15 sutka azadlıqdan məhkum edib.

Polis, AXCP üzvü Faiq Əmirlini 8 aprel  tarixində, axşam saat 7 radələrində, evindən kənar  təxminən 100 metr məsafədəki zibil qutusuna atarkən saxladı. Əmirlinin həyat yoldaşı Human Rights Watch-a bildirdi ki, qonşusu mülki geyimli adamların Əmirlini tutaraq yaxınlığında dayanmış üç maşından birinə itələdiyini, sonra uzaqlaşdığını bildirib. Ailəsi DİN-in qaynar xəttinə və müxtəlif polis məntəqələrinə dəfələrlə zəng etsə də, Əmirlinin hansı polisdə saxlanma  yerini müəyyən edə bilməyib. Polis, Əmirlinin telefonunu müsadirə edbi, arvadına və ya vəkilinə zəng etməyə icazə verməyib və məhkəməyə aparıb. Məhkəmə qarantin rejimini pozduğuna görə onu 30 gün azadlıqdan məhrum edib.

Polis, AXCP-nin digər üzvü Nicat Abdullayevi aprelin 10-da supermarketə gedərkən saxladı və onu qarantin qaydalarını pozmaqda və polisə müqavimət göstərməkdə ittiham etdi. Vəkilinin Human Rights Watch-a verdiyi məlumata görə, Abdullayev məhkəmədə göstərib ki, onun evdən çıxmaq üçün sms icazə mesajı olub. Bundan sonra məhkəmə ona olan ittihamı rədd edərək başqa saxta bir ittihamla - polisə müqavimət ittihamı ilə günahkar elan edərək 30 günlük həbs cəzasına məhkum edib. Abdullayev polisə hər hansı bir müqavimət göstərdiyini qətiyyətlə rədd edib.

AXCP fəalı Ruslan Əmirov da aprelin 10-da həbs edildi. Xroniki xəstəliyi olan 12 yaşlı uşağını gündəlik müalicə üçün xəstəxanaya aparması üçün elektron sms icazəsi alıbç lakin polis Əmirovu uşağı ilə birlikdə xəstəxanadan çıxdıqdan sonra həbd edib. Əmirovu polis bölməsinə aparan polis, sonra ağlayan uşağını Əmirovun bacısının evinə aparıb. Əmirovun vəkili Human Rights Watch-a bildirib ki, Əmirov hakimə elektron icazəsini və uşağın tibbi tarixçəsini göstərib, amma məhkəmə yenə də qarantin rejimini pozduğuna görə onu 30 gün müddətinə azadlıqdan məhrum edib.

Polis, müxalif yönümlü "Korrupsiyaya Yox De" Facebook səhifəsinin əməkdaşı, jurnalist Natiq İsbatovu aprelin 9-da Bakıda bir bələdiyyə binası qarşısında etiraz aksiyası lentə alarkən həbs etdi. Oradakı etirazçılar qarantin dövründə maliyyə dəstəyi tələb edirdilər. İsbatovun ailəsinə və ya bir vəkil çağırılmasına polis icazə verməyib, və məhkəmə onu qarantin rejimini pozduğuna və polisə itaətsizliyə görə 30 sutkalıq həbsə məhkum etib. Vəkil yalnız beş gün sonra həbsxanada  olarkən onunla görüşə bilib. İsbatov polisə tabe olmamaqla bağlı ittihamı rədd edib. Akkreditə olunmuş jurnalistlər Azərbaycanda qarantin rejimindən azad edilə bilər, lakin əksər müxalifətçi və ya müstəqil jurnalistlər akkreditasiya ala bilməyiblər.

Aprelin 10-da Lənkəran şəhərində polis gənc fəal Nəriman Abdullanı həbs etdi. Abdullanın bir dostu Human Rights Watch-a polisin Abdullanı evinə apardığını və məhkəmənin karantini pozmaq ittihamı ilə 10 sutka həbs cəzası verdiyini bildirib. Abdulla sosial mediada, xüsusən də karantin zamanı əhaliyə kifayət qədər sosial yardımların olmamasına görə hakimiyyəti çox tənqid etmişdi.

Bu həbslər, Prezident İlham Əliyevin martın 19-da Covid-19-ın qarşıya qoyduğu problemlərlə bağlı xalqa müraciətindən üç həftə sonra baş verdi. Çıxışında Əliyev müxalifəti xain, düşmən və ölkədə sabitliyi pozmağa cəhd etməkdə günahlandıraraq, onları beşinci kolon adlandırdı. Prezident qətiyyətlə öz çıxışında virusa qarşı mübarizədə ölkənin siyasi müxalifətini əzmək üçün istifadə edəcəyinə işarə edib.

“Human Rights Watch” qeyd edir ki, Azərbaycanda evdən SMS icazəylə evindən çölə çıxmaq hərəkət və şəxsi azadlığı həddən artıq məhdudlaşdırır. Hökumət, sadəcə sakinlərdən evlərindən niyə ayrılmaları lazım olduğunu bildirmələrini tələb etməlidir.

Karantinin pozulmasına görə sanksiya kimi həbs cəzasından istifadə etmək səmərəsizdir və BMT və Avropa Şurasının ekspertlərinin tövsiyələrinə ziddir. Hakimiyyət dərhal məhdudlaşdırıcı tədbirlərin siyasi tətbiqinə son qoymalı və həbs edilmiş şəxsləri azad etməlidir", deyə HRW-nin bəyanatında bildirilir.

“Adamların həbsi yanlışdır və hakimiyyətə ictimai inamı artırmır. Həbsin tamamilə əks effekti olur və adamları daha çox ziyana salır. Hakimiyyət saxlananları dərhal buraxmalı, məhdudlaşdırıcı tədbirlərdən siyasi məqsədlə istifadəyə son qoymalıdır”, – Gogia deyib.

Your tax deductible gift can help stop human rights violations and save lives around the world.

Region / Country
Topic