(Berlin) – Human Rights Watch təşkilatının bu gün açıqladığı 2018 Dünya üzrə Hesabatında bildirilir ki, Azərbaycan hökuməti 2017-ci il ərzində ən azı 25 jurnalisti, siyasi və gənc fəalı siyasi motivli ittihamlar və ədalətsiz məhkəmə prosesləri nəticəsində uzun müddətli həbsə məhkum edib. Tətbiq olunan mürtəce qanun və qaydalar nəticəsində müstəqil qrupların fəaliyyəti və maliyyəyə çatımlılığı demək olar ki, qeyri-mümkün olub. Homoseksual və transgenderlərə qarşı zorakı kampanya nəticəsində polis çoxlu sayda insanı həbs edib, onlara qarşı pis rəftar edərək pul tələb edib və məcbur edib ki, digər homoseksual şəxslər haqda informasiya versinlər. 2017-ci il ərzində saxlanma məntəqlərində işgəncə və pis rəftar hallari daha yayqın hal alıb. Qanuna edilən mürtəce xarakterli dəyişiklər nəticəsində siyasi motivli işlərdə nümayəndə kimi təmsil olunan vəkillərin sayı azalıb.
Human Rights Watch təşkilatının Cənubi Qafqaz üzrə direktoru Giorgi Gogia bildirib: "Ötən il ərzində Azərbaycan hakimiyyəti onu tənqid edənləri susdurmaq məqsədiylə geniş miqyaslı repressiya siyasətinə əl atıb və bununla da ölkədə müstəqil fəaliyyətin mövcudluğunu təhdid altına alıb. Azərbaycan hökuməti bu təzyiqləri dayandırmalı, əsassız yerə həbs edilmiş hər kəsi azad etməli və hökumətin müdaxiləsi olmadan müstəqil qrupların sərbəst fəaliyyət göstərməsinə imkan verməlidir".
Human Rights Watch təşkilatı özünün 28-ci nəşri olan 643 səhifəlik Dünya Hesabatında 90-dan çox ölkədə insan hüquqlarının vəziyyətini qiymətləndirib. Təşkilatın İcraçı Direktoru Kenneth Roth öz giriş məqaləsində qeyd edir ki, insan haqları prinsiplərini müdafiə etmək istəyən siyasi liderlər sübüt etdi ki, avtoritar populist yüksəlişi məhdudlaşdırmaq mümkündür. Belə siyasi lidərlər yaxşı hazırlıqlı cəmiyyət və çoxtərəfli effektiv tərəfdaşlarla vəhdət təşkil etdiyində, insan haqlarını tapdalayan hökumətlərin güclənməsinin qarsısının alına bilinəciyini nümayiş etdirdilər.
2017-ci ildə həbsolunanların sırasına bunlar daxildir: Tanınmış jurnalist və bloqqer Mehman Huseynov guya polis idarəsinin əməkdaşlarına böhtan atmaqda günahkar bilinərək mart ayında iki il azadlıqdan məhrum edildi; gənc fəal Elgiz Qəhrəmanı narkotik saxlamaq adlı saxta ittihamla günahlandıraraq beş il yarım azadlıqdan məhrum edildi; Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) bir neçə üzvü azadlıqdan məhrum edildi. Məsələn, partiyanın sədr müavini Gözəl Bayramlı Azərbaycanın Gürcüstanla sərhəd məntəqəsindəki gömrüyündə may ayında həbs olunub və o, guya qaçaqmalçılıq etməkdə günahladırılaraq ona qarşı saxta ittiham irəli sürülüb; May ayında, naməlum şəxslər tərəfindən Tbilisidən oğurlanaraq qanunsuz olaraq Azərbaycana gətirilən jurnalist və siyasi fəal Əfqan Muxtarlıya qarşı qaçaqmalçılıq, qanunsuz sərhədi keçmə və hökumət məmuruna müqavimət göstərmə adlı qondarma ittihamlar irəli sürülərək həbs edilib.
Əvvəlki illərdə siyasi motivli ittihamlarla azadlıqdan məhrum edilmiş çoxlu sayda jurnalist və fəallar hələ də dəmir baqmaqlıqlar arxasında saxlanılır. Məsələn, demokratik yönlü, müxalif Respublikaçı Alternativ (REAL) hərəkatının sədri İlqar Məmmədov 2013-cü ilin fevral ayından həbsdədir. Avropa İnsan Hüquqları Məhkəməsi 2014-cü il tarixli qərarında onun həbsinin qanunsuz olduğunu sübüt etsə də, hökumət Məmmədovu həbsdən azad etməyib. Avropa Şurasının Nazirlər Komitəsi dəfələrlə onun azad edilməsinı tələb edib. Məmmədovun azad edilməməsinə görə 2017-ci ilin oktyabr ayında Avropa Şurası tarixində ilk dəfə Nazirlər Komitəsi Azərbaycana qarşı hüquqi prosedurdan istifadəyə qərar verdi.
Hökumət həmçinin il boyunca tənqidi medianı tam sıradan çıxarmaq və boğmaq üçün bütün vasitələrdən istifadə etdi. May ayında, ölkənin milli təhlükəsizliyinə təhlükə yaratdıqlarını əsas gətirərək Azadlıq Radiosunun Azərbaycan Xidməti də daxil olmaqla bir sıra tanınmış müxalif və müstəqil media orqanının internet səhifəsinə Azərbaycandan girişinə həmişəlik qadağa qoyuldu.
Sentyabr ayında, homoseksual və ya biseksual və transgender qadın hesab olunan çoxlu sayda şəxsi polisə tabe olmama adlı saxta ittiham üzrə günahlandırılaraq həbs edilmişdir. Onlardan bir çoxu polis məntəqlərində pis rəftara məruz qalıb. Polis onların bir çoxundan pul tələb edib və həmçinin məcbur edib ki, digər homoseksual şəxslər haqda informasiya versinlər. Ədalətsiz məhkəmə proseslərindən sonra onlar ya 30 günə qədər azadlıqdan məhrum edilib, ya da də pul cəriməsi ödədikdən sonra azad ediliblər.
Vəkillik fəaliyyəti ilə bağlı qanuna etdiyi düzəlişlər nəticəsində Vəkillər Kollegiyasına üzv olmayan vəkillərin nümayəndə kimi məhkəmədə təmsilçiliyinə dekabr ayından etibarən qadağa qoyulub. Belə bir hal, ölkədə siyasi motivli həbslərdə vəkil kimi çıxış edənlərin sayını daha da azaldacaq. Müşahidəçilər hesab edir ki, Vəkillər Kollegiyası müstəqil fəaliyyət göstərmir və həmçinin yeni üzvlərin qəbulundan imtina üçün arbitrar (özbaşına qərarlara yol açan) səlahiyyətlərdən istifadə edir. Noyabr ayında, tanınmış insan hüquqları vəkili Yalçın İmanov müdafiə etdiyi şəxsin həbsxanada işgəncəyə məruz qalması barədə məlumatları mediada ictimailəşdirəndən sonra Vəkillər Kollegiyası onu üzvlükdən xaric edib.
Amerika Birləşmiş Ştatları, Avropa Parlamenti və Azərbaycanın digər ikitrəfli və beynəlxalq tərəfdaşları ölkədə müxaliflərə qarşı repressiyaları tənqid etsələr də, hüquq pozuntuları ilə bağlı vəziyyətin yaxşılaşdırılması istiqamətində Azərbaycan hökumətinə təzyiq etməyə nail olmayıblar. Avropa Birliyi Azərbaycanda insan hüquqları ilə bağlı islahatlara nail olmasa da, Azərbaycan hökuməti ilə yeni və geniş əməkdaşlıq sazişi üzrə danışıqlara start verdi.