3 il öncə bu gün, Avropa İnsan Hüquqları Məhkəməsi tanınmış siyasi təhlilçi və müxalifətin aparıcı simalarından biri olan İlqar Məmmədovun həbsi ilə bağlı xüsusi bir kəskin qərar verdi. Məhkəmənin bu qərarında bildirilirdi ki, İlqar Məmmədovu həbs etməklə hökumətin əsas məqsədi "[onu] hökuməti tənqid etdiyinə görə susdurmaq və ya cəzalandırmaq olub."
2013-cü ilin fevral ayında həbs olunan İlqar Məmmədov Bakıdan 200 km aralıda yerləşən İsmayıllı rayonunda baş vermiş iğtişaşları qızışdırmaqda və polisin göstərişinə əməl etməməkdə günahlandırılıb. Siyasi motivli və ciddi qanun pozuntuları ilə müşayiət olunan bir məhkəmə qərarıyla Məmmədov 7 il azadlıqdan məhrum edilib.
Lakin, Avropa Məhkəməsinin məlum qərarına və Avropa Şurası Nazirlər Komitəsinin İlqar Məmmədovun dərhal azad edilməsini tələb edən ən azı 10 qətnaməsinə baxmayaraq, hökumət İlqar Məmmədovdan qisas almaq məqsədiylə onu hələ də həbsdə saxlayır.
Avropa İnsan Haqları Məhkəməsinin qərarını Azərbaycan hökumətinin utanmaz şəkildə yerinə yetirməməsi Avropa Şurasının Baş katibi Thorbjorn Jaglandı məcbur etdi ki, İnsan Hüquqları üzrə Avropa Konvensiyasının şərtlərinə Azərbaycanın əməl etmədiyinə görə çox nadir prosedurlardan olan rəsmi araşdırmaya başlasın.
Müstəsna olmayan elə İlqar Məmmədovun işinin özüdür. O, son illərdə Azərbaycan hökumətinin etdiyi amansız basqılar nəticəsində həbs olunan çoxlu sayda hüquq müdafiəçilərindən, jurnalistlərdən və hökuməti tənqid edən fəallardan biridir. Məsələn, hökumətin ən yuxarı eşalonunda baş verən korrupsiya hallarını aşkar edən məşhur jurnalist Mehman Hüseynov, və keçmiş prezident Heydər Əliyevin heykəlinin üstünə qraffiti çəkdiklərinə görə 10 il azadlıqdan məhrum edilən gənc fəallar Bayram Məmmədov and Qiyas İbrahimov hazırda həbsdə olanlardandır.
Avropa Məhkəməsinin yerinə yetirilməsi şərt olan bu qərarından 3 il keçir. Azərbaycan hökumətinin tərəfdaşları bu ədalətsizliyin dərhal aradan qaldırılması üçün yekdil mövqe nümayiş etdirməlidirlər. Onlar həmçinin İlqar Məmmədovun siyasi fəaliyyətinə görə cəzalandırılmasına cavab olaraq Azərbaycana hökumətinə konkret siyasət nəticələri doğuran təzyiqlər göstərməlidirlər. Üç il ədalətin bərqərar olmasını gözləmək həddindən artıq uzundur.