Skip to main content

AZƏRBAYCAN: MƏTBUAT AZADLIĞI CIDDI TƏHLÜKƏ ALTINDA

İfadə azadlığına dəstək vermək üçün Eurovision mühüm bir andır.

(Berlin, 3 May, 2012) – Human Rights Watch təşkilatının bu gün ictimaiyyətə təqdim etdiyi video hesabatda bildirilir ki, Eurovision ərəfəsində Azərbaycanda ifadə azadlığının pis durumda olmasını Avropa Yayım Birliyi (AYB) tənqid etməlidir. Eurovision Mahnı Müsabiqəsi 22-26 may tarixlərində Bakı şəhərində keçiriləcəkdir. İctimai yayımlar assosiasiyası olan Avropa Yayım Birliyi hər il bu müsabiqənin keçirilməsinə nəzarət edir.

May ayının 2-də, Dünya Mətbuat Azadlığı Günü ərəfəsində, Avropa Yayım Birliyi Cenevrə şəhərində Azərbaycanda mətbuat azadlığı mövzusunda seminar keçirmişdir. Lakin, Azərbaycan hökumətini öz öhdəliklərinə əməl etməyə çağırmadığı üçün və Azərbaycanda ifadə azadlığının bərbad durumda olmasını açıq tənqid etmədiyi üçün Avropa Yayım Birliyi bu fürsəti əldən vermişdir.

“Avropa Yayım Birliyinin mövcudluğu ifadə azadlığından asılıdır. Azərbaycanda media azadlıqları sahəsində pisləşən vəziyyət qarşısında Avropa Yayım Birliyi dünənki tədbirində qətiyyətli, aydın və tənqidi mövqedə dayanmaması təşkilatın bu prinsiplərə sadiqliyi barədə suallar doğurur,” deyə təşkilatın Avropa və Mərkəsi Asiya Bölməsinin Direktoru Hugh Williamson bildirir.

Human Rights Watch təşkilatının hazırladığı video çarxda Azərbaycan hökumətinin ölkədə ifadə azadlığına qarşı apardığı hücumla bağlı jurnalistlərin, musiqiçilərin və ifadə azadlığı fəallarının həyəcan təbili çalmasını və bu vəziyyətə Avropa Yayım Birliyinin etiraz etməməsini əks etdirir.

Human Rights Watch bu videonu 2 may tarixində Avropa Yayım Birliyinin təşkil etdiyi seminarda göstərməyi planlaşdırsa da, son anda Avropa Yayım Birliyi texniki problemləri səbəb kimi göstərərək videonu göstərməkdən imtina etmişdir. Həmçinin, Avropa Yayım Birliyi Azərbaycan hökumətinin bu tədbirdə izlətdirmək istədiyi video materialları da göstərməkdən imtina etmişdir.

Human Rights Watch təşkilatı bildirir ki, AYB rəsmiləri 3 may Dünya Mətbuat Azadlığı Gün-ü də daxil olmaqla hər imkandan yararlanaraq hazırda həbsdə olan 6 jurnalistin azad olunması və digər jurnalistlərə olan zorakılıqların dayandırılması üçün açıq şəkildə Azərbaycan hökumətinə təzyiq göstərməlidir.

Human Rights Watch-un hazırladı videoda Azərbaycanda müstəqil və müxalif jurnalistlərin tez-tez zorakılıq, hədələnmə və fiziki hücumlara məruz qalması halları geniş əks olunur. Polis bu hücumların səmərli araşdırılmasını və ya günahkarların məhkəmə qarşısına çıxarılmasını təmin etmir.

18 Aprel tarixində, minlərlə Avropalı jurnalistin Eurovision Mahnı Müsabiqəsini və müasir Azərbaycanın digər yönlərini işıqlandırmaq üçün Bakiya gəlməsinə bircə ay qalmış, Azərbaycanın Dövlət Neft Şirkətinin tərəfindən aparılan ev söküntüləri və əhalinin məcburi köçürülməsini tanınmış jurnalist İdrak Abbasov videoya çəkərkən həmin şirkətin təhlükəsizlik işçiləri tərəfindən şiddətlə döyülmüşdür. Şirkətin rəsmiləri tərəfindən döyülərək hüşsuz vəziyyətə salınan jurnalistin beyni silkələnmiş və bir çox sümüyü qırılmışdır.

Mart ayında Azad Avropa radiosunun jurnalisti Xədicə İsmayılova pis şantaj kampanyası ilə üzləşmişdir. İsmayılovanın tənqidi jurnalistikasını dayandırılması ilə bağlı aldığı təhdid və şantaj xarakterli xəbərdarlığı rədd etməsindən bir həftə sonra Mart ayının 14-də intim xarakterli video internetə yerləşdirilmişdir. Video internetə yerləşdirilmədən bir gün oncə hökümətyönümlü qəzet jurnalisti hədəfə alan və onun şəxsi həyatını tənqid edən uzun məqalə çap etmişdir.

Hökuməti tənqid edən jurnalist və fəallara qarşı hökumət tərəfindən tez tez şübhəli cinayət işləri qaldırılır. Vergidən yayınmaq, hədə-qorxu yolu ilə pul almaq və narkotik maddə saxlamaq kimi şübhəli ittihamlar nəticədə tənqidçilərin uzun müddətli azadlıqdan məhrum olunması halları ilə müşaiət olunur.

Tənqidçiləri susdurmaq üçün hökumət digər repressiv üsullardan da istifadə edir. Jurnalistlər Human Rights Watch-a bildirmişlər ki, reklamçılar və nəşriyyat evlərinə hökuməti tənqid edən nəşrlərlə biznes əlaqəsində olmamaları üçün hökumət xəbərdarlıq etmiş və bəyan etmişdir ki, biznes əməkdaşlığının olduğu təqdirdə buna görə cavab verəcəklər.

Etiraz aksiyalarının zorakılıqla dağıdılması və etirazçıların, aksiyanı təşkil edənlərin, iştirak edənlərin həbs edilməsi və azadlıqdan məhrum edilməsi kimi müxtəlif üsullarla hökumət ifadə azadlığını məhdudlaşdırır.

Mart ayında keçirilən aksiyada musiqi ifa edən repçi Camal Əli, gitaraçı Natiq Kamilov və kimliyi məlum olmayan adamlar arasında qarşıdurma yaranandan sonra hər iki musiqiçi polis tərəfindən saxlanılmışdır. Qarşıdurmaya səbəb kimi Camal Əlinin qeyri etik ifadədən istifadə edərək hokuməti tənqid etməsi bildirilir. Polisin Əlini döydüyü bildirilir. Hər iki musiqiçi və aksiyada iştirak edən digər bir nəfər “xuliqanlıq” maddəsi ilə inzibati həbsə məhkum edilmiş və onların məhkəməsi bağlı keçirilmişdir.

2011-ci ilin aprel ayında keçirilən etiraz aksiyalarında həbs olunaraq azadlıqdan məhrum edilən ən azı 11 nəfər hələ də həbsxanadadır.

Avropa Yayım Birliyi ona üzv yayımçıların olduğu ölkələrdə ifadə azadlığının yaxşılaşdırılması öhdəliyini aydın şəkildə öz üzərinə götürüb. Bakida keçirdiyi tədbirdə Avropa Yayım Birliyinin Ümumi Asambleyası 2010-cu ildə Ümumi Assambleyanın İfadə Azadlığı, Media Müstəqilliyi və Demokratiya haqda Bəyannaməni qəbul etmişdir. Bu bəyannamədə Avropa Yayım Birliyi ifadə azadlığının təmin olunmasının yaxşılaşdırılması ilə bağlı öhdəlik götürmüş və Azərbaycan hökuməti də daxil olmaqla hökumətlərə mətbuat və ifadə azadlıqlarının yaxşılaşdırılmasıyla bağlı bir sıra tövsiyyələr vermişdir.

Tədbirdə Azərbaycanın və beynəlxalq təşkilatların nümayəndələri, Avropa Şurası da daxil olmaqla hökumətlər arası təşkilatların rəsmiləri də iştirak etmişdir. Prezident Administrasiyasının yüksək rəsmisi Əli Həsənovun rəhbərliyində Azərbaycan hökumətinin bir sıra nümayəndəsi tədbirdə təmsil olunmuşdur. Eurovision Mahnı Müsabiqəsinin Azərbaycanda yerli yaymçısı olan İctimai TV-nin nümayəndələri də tədbirdə iştirak edirdi.

“Avropa Yayım Birliyi media azadlığı mövzusunda özünün təşkil etdiyi tədbirdən istifadə edərək Azərbaycanda ifadə azadlığının basqı mühitində olmasıyla bağlı qəti mövqe nümayiş etməməsi çox məyusedicidir. Dünya icitimaiyyətinin Bakıda keçirilən Eurovision festivalını izləməyə hazırlaşdığı ərəfədə, Azərbaycanda ifadə azadlığının bərbad durumda olmasını Avropa Yayım Birliyinin açıq şəkildə bildirməsi üçün bundan münasib vaxt heç vaxt olmayacaqdır”, deyə Williamson bildirib.

 

Your tax deductible gift can help stop human rights violations and save lives around the world.

Region / Country