Skip to main content

Azərbaycan: Çoxsaylı repressiyalar fonunda Avropa Oyunları

Xarici Jurnalistlər, Hüquq Müdafiəçiləri Ölkəyə Buraxılmayıb

Human Rights Watch təşkilatının bu gün yayılan məlumatında bildirilir ki, iyunun 12-də Azərbaycanda birinci Avropa Oyunları hökumətin görünməmiş repressiyaları muhitində açılacaq.

Hakimiyyət çoxlu sayda hökumət tənqidçisini həbs edib və oyunları işıqlandırmaq üçün Avropanın əsas media orqanlarının bir neçə jurnalistinin Azərbaycana girişinə icazə verməyib. Bundan əlavə, hesabatını təqdimat etmək üçün Bakıya səfər edəcək Amnesty International hüquq-müdafiə təşkilatının əməkdaşlarının ölkəyə gəlməsini hökumət qadağan edib.

“Hökumətin davam edən repressiyaları Avropa Oyunlarının tarixi olmasını bütün səbəblərə görə yalnış edir. Avropa Olimpiya Komitəsi bu idman oyunlarına Azərbaycan hakimiyyəti tərəfdən kölgə salınmasına imkan verməməlidir, amma vaxt getdikcə daralır”, deyə Human Rights Watch təşkilatının Avropa və Mərkəzi Asiya üzrə direktor müavini Rachel Denber bildirib.

12-28 iyun tarixlərində Azərbaycan, 50 Avropa ölkəsindən 6 mindən cox idmançının qatıldığı və çoxsaylı idman növlərini əhatə edən Avropa oyunlarına Bakı şəhərində ev sahibliyi edir. Oyunlarla bağlı idarəçilik və sahiblik funksiyasını 50 Milli Olimpiya Komitəsinin birliyindən ibarət olan Avropa Olimpiya Komitəsi (AOK) həyata keçirir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev həmçinin öz ölkəsinin Milli Olimpiya Komitəsinin prezidentidir və onun idman aləmi ilə xüsusi yaxınlığı var.

Ötən həftələr ərzində Azərbaycan hökuməti Avropa media qurumlarını təmsil edən ən az üç jurnalistə tələb olunan media akreditasiyası və viza verməkdən ya imtina edib, ya da bu müracətləri cavabsız qoyub. Avropanın aparıcı televiziya qurumlarından birinin jurnalistinin verdiyi məlumata görə o, media akreditasiyası almaq üçün tələb olunan bütün prosedurlara əməl etsə də, hələ də viza verilməsi ilə bağlı  hökumətdən cavab gözləyir. Hökumət, Radio France Internationale mətbu orqanının jurnalisti,  2002-ci ildən etibarən Cənubi Qafqazda fəaliyyət göstərən və Azərbaycan haqqında xəbərləri təqdim edən Regis Genteye akreditasiya verməkdən imtina edib. Akreditasiya müraciətinə rədd cavabı alan üçüncü digər jurnalist də Avropanın nüfuzlu media qurumlarından birində çalışır.

 

Həmçinin, 10 iyun tarixdə, Londonda fəaliyyət göstərən Platform təşkilatının fəalı və Red Pepper jurnalının redaktoru qismində Oyunlar haqqında məlumat çatdırmaq üçün ölkəyə gələn  Emma Hughes Azərbaycanın sərhəd xidməti əməkdaşları tərəfindən Bakı hava limanında saxlanılaraq ölkəyə girişinə icazə verilməmiş və sonra deportasiya edilib. Emma Hughes Azərbaycan hökumətini tənqid etdiyi üçün qanunsuz həbs edilən şəxslərin həbsdən azad edilməsi kompaniyasını həyata keçirən fəallardan olub və onun Azərbaycan hökumətini tənqid edən kitabının 12 iyun tarixdə təqdim ediləcəyi gözlənilir.

 

“Media azadlığı Olimpiya oyunlarının əsas sütununu təşkil edir. Oyunları mətbuat vasitəsilə işıqlandıracaq olan şəxslərə viza verməkdən imtina etməklə Azərbaycan hökuməti və Prezident İlham Əliyev ev sahibliyinin icrası ilə bağlı əsas qaydalarından birini pozmuş olur,” deyə Denber bildirib. 

Amnesty International təşkilatı 10 iyun tarixli bəyanatında qeyd edir ki, hesabatı təqdim etmək məqsədi ilə təşkilatın Bakıya səfər edəcək nümayəndələrinə Azərbaycan hökuməti bu səfəri təxirə salınması üçün son anda xəbərdarlıq edib. 

Human Rights Watch təşkilatı 5 iyun tarixdə rəsmi müraciət edərək AOK-nı bu məsələlərin Azərbaycan hökuməti qarşısında qaldırılması üçün tədbirlər görməyə çağırsa da hər hansı bir əsaslı cavab almayıb. Akreditasiya məsələlərinin həlli ilə bağlı AOK-nun hər hansı addım atıb-atmaması barədə məsələ qaranlıq olaraq qalır.   

Human Rights Watch dəfələrlə AOK-nı Avropa Oyunlarına ev sahibliyi mərhələsində Azərbaycan üzərində olan təsir gücündən istifadə edərək ölkədə siyasi məqsədlərlə həbs edilən jurnalistlərin, insan hüquqları müdafiəçilərinin və hökuməti tənqid edən digər şəxslərin azad edilməsilə bağlı hökumətə təzyiqlər göstərməyə çağırıb. Lakin AOK-nin hər hansı tədbir görüb-görməməsi bəlli deyil və AOK rəsmilərinin mediaya verdikləri müsahibələrində və digər ictimai çıxışlarında bildiriblər ki, AOK “siyasi fəaliyyətlə məşğul ola bilməz” və ya “suveren dövlətin işlərinə müdaxilə edə bilməz”.

AOK və onun üzvləri Olimpiya hərəkatının bir hissəsi olub, media azadlığına açıq şəkildə zəmanət verən və idmanın “insan ləyaqətinə” və “bəşəriyyətin harmonik inkişafına”  xidmət etdiyini vurğulayan Olimpiya Xartiyası ilə idarə olunur.  

Human Rights Watch təşkilatı bildirir ki, Azərbaycan hökuməti ölkədə insan hüquqlarının xarici müşahidəçilər tərəfindən araşdırılmasının qarşısını almaq üçün əlavə tədbirlər görüb. 

5 iyun tarixdə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatına (ATƏT) məktub göndərərək, ATƏT-in Bakı Layihə Əlaqələndiricisinə proqramınln 4 iyun tarixdən fəaliyyətini başa çatdırmasını bildirib və bunu, hökumətin bu proqramın fəaliyyətinə ehtiyac görməməsi ilə əlaqələndirib. ATƏT Azərbaycanda on ildən artıqdır ki fəaliyyət göstərir. Layihə Əlaqələndiricisi terrorizmə qarşı mübarizə və insan alverinin qarşısının alınması istiqamətində layihələr həyata keçirir və yaxşı idarəçilik, gender bərabərliyi və ayrı-seçkiliyin qadağan olunması sahələrini inkişaf etdirir. 

31 mart tarixdə Human Rights Watch təşkilatının baş araşdırmaçısı hava limanına çatarkən sərhəd polisi onun Azərbaycana daxil olmasının qarşısını alıb və hər hansı izahat vermədən onu ölkədən deportasiya edib. Bu, Human Rights Watch təşkilatının ölkəyə girişinə hökumət tərəfindən qadağa qoyulan ilk nümayəndəsi idi. May ayında ölkənin Xarici İşlər Nazirliyi Human Rights Watch təşkilatının Asiya İnkişaf Bankının Bakıda keçirilən illik iclasında iştirak etmək üçün dəvət alan daha bir yüksək vəzifəli əməkdaşına viza verməkdən imtina edib və bunun səbəbini izah etməyib.  
 

Human Rights Watch bildirir ki, Azərbaycan hökumətinin xarici müşahidələri qadağan edən bənzərsiz hərəkətləri post-Sovet dövründə ölkənin təcrübə etdiyi ən sərt təzyiq tədbiridir. 

İllər boyunca davam edən siyasi motivli həbslər fonunda, 2014-ci ildə başlayaraq hakimiyyət əsassız ittihamlarla azı 35 jurnalist, hüquq müdafiəçisi və siyasi fəalı həbs edib. Repressiyalar çoxlarının  ölkəni tərk etməsinə və ya gizlənməsinə səbəb olub. Hökumət həmçinin onlarla müstəqil QHT-nin  bank hesablarını dondurub, onların insan hüquqları sahəsində fəaliyyətləri davam etdirmək üçün xaricdən maliyyə almalarını demək olar ki, tam mümkünsüz edib.

 “AOK nəinki Olimpiya Xartiyasını və olimpiya dəyərlərini dəstəkləmək barədə öhdəliklərini yetinə yetirməyib, həmçinin Azərbaycan hökumətinə təzyiq göstərmək üçün nadir imkanı da itirib. Ən başlıcası, AOK bu davranışı ilə həbsdə olan jurnalistləri və ictimai fəalları məyus etdi, çunki onlar düşünürdülər ki, AOK Olimpiya dəyərlərinin qorunmasına sadiq olacaq”, deyə Denber vurğulayıb.

Your tax deductible gift can help stop human rights violations and save lives around the world.

Region / Country