Skip to main content

Azərbaycan: Hökumət müxalifləri həbs edir.

İlqar Məmmədov və Tofiq Yaqublu sərbəst buraxılmalıdır.

(Berlin, 6 Fevral, 2013) – Azərbaycanın tanınmış iki müxalifət nümayəndəsinin İsmayıllıda kütləvi iştişaşları təşkil etməkdə günahlandırılaraq həbs edilməsi və onların siyasi qisasla üzləşə biləcəyi narahatçılıq doğurur. Yanvar ayında İsmayıllıda başlayan kütləvi etirazlar sonradan polislə toqquşmalara səbəb olmuşdur.  

Fevral ayının 4-də Bakının Nəsimi rayon məhkəməsi müxalifətdə olan “REAL” hərəkatının lideri, siyasi təhlilçi İlqar Məmmədov və “Müsavat” partiyasının sədr müavini, Yeni Musavat qəzetinin jurnalisti Tofiq Yaqublu, habelə İsmayıllı hadisələrinə görə saxlanmış Mirkazım Abdullayevlə Elşən İsmayıllıya qarşı eyni ittihamlar sürərək  barələrində 2 aylıq həbs-qəti imkan tədbiri seçilməsiylə bağlı qərar vermişdir.

“Biz ehtiyat edirik ki, ötən ay baş verən iğtişaşlardan hökuməti tənqid edən bu 2 müxalifət təmsilçisini susdurmaq üçün bəhanə kimi istifadə edilə bilər. Azərbaycan hakimiyyəti  İlqar Məmmədovla Tofiq Yaqublunu azad etməli və ittihamları əsaslandırmaq üçün etibarlı sübutlar göstərməlidir,” deyə təşkilatın Cənubi Qafqaz üzrə baş tədqiqatçısı  Giorgi Gogia bildirib.

Baş Prokurorluğun Ağır Cinayətlər üzrə İstintaq İdarəsi tərəfindən verilən ittiham aktında Məmmədov və Yaqublu Bakıdan 200 km cənub –qərbdə yerləşən İsmayıllı rayonunda yanvar ayının 24-də baş vermiş iğtişaşları qızışdırmaqda və zor tətbiq etməkdə günahlandırılır.

 İsmayıllı şəhərində 23 yanvar 2013-cü ildə baş verən və icra başçısının qohumunun da adı hallandığı maşın qəzası hadisəsi sonradan iğtişaş və kütləvi etiraz aksiyasına çevrilmişdir. Yanvar ayının 24-də rayonun icra başçısının istefasını tələb edən nümayişçilər və hüquq mühafizə orqanları əməkdaşları arasında bir sıra qarşıdurma halları baş vermişdir. Aksiya iştirakçıları həmçinin rayondaki yoxsulluğa, geniş yayılmış işsizliyə və rüşvətxorluğa qarşı kəskin etirazlarını bildirmişdir. Polis, iğtişaşları yatırtmaq və asayişi bərpa etmək məqsədiylə göz yaşardıcı qaz və rezin güllələrdən istifadə etmişdir.

Bu hadisələrdən dərhal sonra onlarla insan İsmayıllıda həbs olunmuşdur; an azı 12 nəfərə qarşı iğtişaşları təşkil etmək və başqasının əmlakını talan etmək ittihamı ilə cinayət işi qaldırılaraq həbs edilmişdir. Polisin gücdən istifadə etməsinə qanuni əsas olub olmamasıyla bağlı heç bir istintaq araşdırılması aparılmamışdır.

Məmmədov və Yaqublu yanvar ayının 24-də İsmayıllıya gedərək baş verən hadisələrlə yerində tanış olmaq üçün səfər ediblər. Yeni Musavat qəzetinin rəhbərinin yerli mətbuata verdiyi açıqlamadan bəlli olur ki, Yaqublu jurnalist kimi qəzet tərəfindən İsmayilli rayonuna ezam olunub. Rayona çatdıqdan az sonra polis tərəfindən həbs olunan Yagublu bir neçə saat saxlanıldıqdan sonra Bakı şəhərinə məcburi yola salınıb.  

Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin 29 yanvar tarixli birgə bəyanatında  bildirilib ki, Məmmədov və Yaqublu 24 yanvarda İsmayıllı rayonuna gələrək “sosial-iqtisadi sabitliyi gərginləşdirmək məqsədiylə vətəndaşları polisə müqavimət göstərmək [və] nəqliyyatın normal hərəkətinin pozmağa təhrik etmişdir.”

Human Rİghts Watch bildirir ki, Məmmədov və Yaqubluya qarşı sürülən ittihamların şübhəli və siyasi motivli olmasıyla bağlı suallara cavab verməsi üçün hökumət rəsmiləri dərhal bu insanların əməlində cinayət tərkibi olduğunu sübüt edəcək bütün etibarlı dəlilləri ortaya qoymalıdır. 

“Azərbaycandakı mövcud gərgin siyasi mühit və hökumət tərəfindən illərdən bəri siyasi motivlər əsasında insanları həbsə atması göstərir ki, bu işdə qisas motivi mövcuddur. Biz ehtiyat edirik ki, hökumət bu etirazların səbəbini və kökünü araşdırmaq əvəzinə günahları müxaliflərin üzərinə qoymağa cəhd edəcək ,” deyə Gogia bildirib.

 Məmmadovun vəkilinin Human Rights Watch-a bildirdiyinə görə, hüquqlarını müdafiə etdiyi şəxs 29 yanvar və 4 fevral tarixlərində prokurorluğa dəvət olunub. Fevral ayının 4-də səhər vaxtı Məmmədov şahid qismində İsmayıllı olayları ilə bağlı dindirlib, amma sonradan digər şahidlərlə üzləşdirildikdən sonra şübhəli şəxs kimi dindirilib. O əvvəl şahid kimi dindiirldiyi üçün vəkili onun yanında olmayıb. Günün sonunda prokurorluq Məmmədova qarşı Cinayət Məcəlləsinin 233 (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) və 315.2-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət və ya zor tətbiq etmə) maddələri üzrə ittiham irəli sürüb. Yaqubluya da qarşı eyni maddələr üzrə cinayət işi qaldırılıb.

Prokurorluğun Məmmədovu şübhəli şəxs kimi saxlamaq haqda orderində deyilir ki, o və Yaqublu İsmayıllı rayon sakinləri Elşən İsmayıllını, Mirkazım Abdullayevi və digərlərini “daha çox” insanı yerli hökumət orqanı binasının qarşısına toplamağa təhrik etmiş və “Abdullayev və İsmayıllını hüquq mühafizə orqanları əməkdaşlarına daş atmağa sövq etmişdir.”

 Verilən bu orderdə Məmmədova qarşı irəli sürülən bu ittihamları sübüta edəcək heç bir dəlildən söhbət getmir. Təqsirləndirilən hər iki şəxs ittihamları əsasız sayır və rədd edir.   

Təqsirləndirilən bu dörd şəxsin ölkədən qaça biləcəyi və istintaqin işinə müdaxilə edə bələcəyi riskinin mümkünlüyünü iddia edən prokurorluq məhkəməyə müraciətində bu şəxsləri ibtidai istintaq dövründə təcridaxanaya gondərilməsini istəyib. Məmmadovun vəkilinin bildirdiyinə görə, prokurorluq bu risklərin əsaslandırmaq üçün heç bir sübüt və informasiya təqdim etməmişdir.

Bakıda və İsmayıllıda baş vermiş həbslər Avropa Şurası Parlament Assambleyasının Azərbaycanda insan hüquqları ilə bağlı vəziyyətin kəskin tənqid edildiyi hesabatı qəbul etməsindən çox az sonrakı dövrə təsadüf edir. Assambleya bildirlir ki, “fəalların və jurnalistlərin saxta ittihamlarda günahlandırılıb həbs edilməsi haqda məlumatlardan Assambleya çox narahatdır.” Daha sonra qeyd olunur ki, “ədalətsiz məhkəmələr yoluyla və icra orqanlarının yersiz müdaxiləsi ilə azadlıqların məhdudlaşdırılaraq təmin olunması son nəticədə sistematik olaraq insanların həbsinə gətirib çıxardır və bu insanlar vicdan məhbusu hesab oluna bilinərlər.”

Your tax deductible gift can help stop human rights violations and save lives around the world.

Region / Country