Yuxarıdakı bəyanata 31 may tarixində bu qısa yenilik əlavə edilib:

31 may 2017 tarixində, Səbayel rayon məhkəməsi Əfqan Muxtarlıya qarşı hüquq mühafizə orqanı əməkdaşının əmrinə tabe olmama adlı əlavə ittiham irəli sürülərək barəsində 3 aylıq həbs-qəti imkan tədbiri seçilib.

(Tbilisi) – Human Rights Watch beynəlxalq hüquq müdafiə təşkilatının  bu gün yaydığı bəyanatda bildirlir ki, Azərbaycanlı jurnalist və siyasi fəal Əfqan Muxtarlı 29 May 2017-ci il tarixdə Gürcüstanın paytaxtı Tbilisidə oğurlanaraq Azərbaycanla sərhəddən keçirilərək təxminən bir sutkadan sonra Azərbaycanın sərhəd xidmətinin müvəqqəti saxlanma məntəqəsində olduğu bildirilib. Hazırda, Muxtarlıya qarşı qanunsuz sərhəd keçmə və qaçaqmalçılıq etmə kimi saxta və siyasi motivli ittihamlar irəli sürülüb. Təşkilat Gürcüstan hakimiyyətini jurnalistin oğurlanmasını operativ araşdırmağa, Azərbaycan hökumətini isə onu dərhal azad etməyə və ittihamları götürməyə çağırıb.

Muxtarlı və onun xanımı, araşdırmaçı jurnalist Leyla Mustafayeva Azərbaycan hakimiyyətinin təqiblərindən qaçmaqdan ötrü 2015-ci ildən Gürcüstanda yaşayırlar.“Əfqan Muxtarlı öz təhlükəsizliyini təmin etmək üçün ilə Gürcüstana gedib, ancaq, görünür, Azərbaycan hakimiyyətinin əlindən kifayət qədər uzağa gedə bilməyib”, Human Rights Watch Cənubi Qafqaz bölməsinin direktoru Giorgi Gogia bildirib. “Gürcüstan hakimiyyəti də Muxtarlının taleyinə görə məsuliyyəti bölüşür və onun qanunsuz həbsi və qaçırılması ilə bağlı şəffaf araşdırma aparmalıdır”.

43 yaşlı Muxtarlı araşdırmaçı jurnalistdir, bir neçə müstəqil və müxalifətyönlü KİV-də, Sülh və Müharibə İnstitutunda, Meydan TV-də və digər KİV-də çalışıb. Onun araşdırmaları Azərbaycan Müdafiə Nazirliyində korrupsiyanın olmasını və prezident İlham Əliyevin və ətrafının qonşu Gürcüstanda biznesini üzə çıxarıb.

Muxtarlı Tbilisidə öz ictimai fəaliyyətini davam etdirib, Azərbaycan səfirliyinin qarşısında keçirilən etiraz aksiyalarında iştirak edib. Muxtarlı Facebook-da tez-tez Azərbaycan hökumətində korrupsiya faktlarını və fəalların təqib olunmasını tənqid edib. Muxtarlı özünün Facebook statuslarında bildirib ki, naməlum şəxslər onu Tiflisdə izləyirlər.

Muxtarlı və L. Mustafayevanın Gürcüstanda oturma izninin müddəti formal olaraq 2016-cı ilin sentyabrında bitib və Gürcüstan hökuməti onu uzatmaqdan imtina edib. Ancaq onlar Gürcüstanda leqal yaşamaqda davam ediblər, çünki Azərbaycan pasportlarının sahibləri üçün Gürcüstanda viza tələb olunmur və onlar bir ilədək ölkədə qala bilər.

29 may tarixində, təxminən saat 7 radələrində, Muxtarlı öz dostu ilə Tiflisin mərkəzindəki kafelərdən birində görüşub ayrılandan sonra həyat yoldaşına zəng edib evə tərəf gəlidyini deyib. Amma, Muxtarlı heş zaman evə gəlib çıxmayıb. Növbəti gün, onun həyat yoldaşı polisə Muxtarlının itkin düşməsi ilə bağlı məlumat verib və eyni zamanda da vətəndaş cəmiyyəti qruplarına və median bu məsələylə bağlı məlumatlandırıb. 30 May-da artıq məlum olub ki, Muxtarlı Bakıda Dövlət Sərhəd Xidmətinin istintaq bölməsində saxlanılır.

Muxtarlı vəkili Elçin Sadıqova bildirib ki, onu naməlum şəxslər evinin yaxınlığında tutaraq maşına basıblar və yaxınlıqdakı parak sürüblər. Oradaç onlar Muxtarlının başına torba keçirdərək döymüşlər. Muxtarlı bildirib ki, onu tutan bu şəxslər öz aralarında Gürcü dilində və Muxtarlı ilə isə rus dilində danışıblar.

Muxtarlı nəfəs almaqda çətinlik şəkdiyini və ürəyində problemlər olduğunu bildirdikdən sonra, onlar Muxtarlının gözlərinin köynəklə örtərək üzərini skoçla bağlamışlar. Vəkilin Human Rights Watch-a deməsinə görəMuxtarlınən burnu qırılıb, alnının ortasında, başının sol tərəfindəç sağ gözündə və sifətində dözyülmə izləri və qançır izləri olub. Muxtarlı həm də vəkilinədeyib ki, döyülmələrdən sonra sinəsindəağrılar var və bu da qağırğanın sınmasında ola bilər.

Muxtarlı əlavə olaraq vəkilə həm də bildirib ki, onun aparıldığı maşın iki dəfə dəyişdirilib. İkinci maşındakı adamlar azərbaycan dilində danışıblar və onu 29 may, axşam saat 11 radələrində Balakən rayonundaki keçid məntəqəsinə gətiriblər. Həmin məntəqədə yenə də naməlum adamlar onun gözündən skoçu açıblar və deyiblər ki, o, sərhədi qanunszu keçib. Oradaş Muxtarlının cibinə kimsə  €10,000 pul qoyub. Azerbaijan rəsmiləri Muxtarlını həmin gecə orada məntəqədə saxlayıblar və 30 may erkən sabah vaxtı onu qapalı sərhəd keçid zolaəna aaprıbalr. Orada sanki, o sərhədi qanunszu keçirmiş kimi formada şəkillər şəkilib və orada Azərbaycan tərəfində rəsmilər onun əllərini baölayaraq Bakıya etap ediblər.

Azərbaycan qanunlarına görə hər hansı şəxs Azərbaycan-Gürcüstan sərhədini keçərkən mütləq passportunu təqdim etməlidir. Lakin, Muxtarlının üzərində passport olmayıb, onun pasportu Tbilisdəki evində qalıb.

"Bu adam oğurluğu yöndəmsiz və qorxaqlıq nümunəsidir," deyə Gogia bildirib. “Heç kim inanmır ki, Muxtarlı könüllü olaraq Azərbaycana keçmək istəyib, çünki oradan təqiblərdən qaçıb. Əgər Azərbaycan hakimiyyətinin qanun pozuntuları ilə bağlı sübutu varsa ekstradisiya tələb edə bilərdi. Bunun əvəzinə onu kriminal yolla oğurlayıblar”.

Gürcüstan hakimiyyəti Muxtarlının oğurlanması və Gürcüstan hüquq-mühafizə orqanlarının Muxtarlının sərhəddən qanunsuz olaraq keçirilməsində və ya oğurlanmasında iştirakı faktlarını dərhal araşdırmalıdır, HRW bəyan edib.

Gürcüstanla Azərbaycan Avropa Şurasının üzvləri, Avropa İnsan Hüquqları Konvensiyasının iştirakçılarıdır. Dövlət qurumlarının Muxtarlının oğurlanmasında və Azərbaycana verilməsində iştirakı və ya bunu sükutla qarşılaması bu sənədin ciddi pozulmasıdır.

İnsanların Rusiyadan qeyri-qanuni köçürülməsi (transfer edilməsi) ilə bağlı hallarda, Avropa İnsan Hüquqları Məhkəməsi xəbərdarlıq edib ki, "hər hansı bir məhkəmə nəzarəti xaricində və ya şəxsin özünün iradəsinin əksinə olaraq məcbur başqa ölkəyə verilməsi, və məqsədli şəkildə ədalətli məhkəmə hüququnun əngəlləndiyi müddətdə, bu hal Konvensiya tərəfindən qorunan dəyərlərin və qanunun aililiyinin mütləq bir şəkildə rədd edilməsidir. Bu halın baş verməsi Konvensiya tərəfindən qorunan ən fundamental hüquqların pozulması deməkdir.

 Muxtarlı may ayının 31-də məhkəmə qarşısına çıxardılacaq və orada onun barəsində həbs qəti imkan tədbirinin seçilməsi müəyyən ediləcək.

“Azərbaycan hökumətini tənqid edənlərin təqib olunması ilə bağlı kifayət qədər geniş faktlar vardır. Biz Əfqan Muxtarlının təhlükəsizliyinə görə çox narahatıq”, Goqiya vurğulayıb. “Azərbaycan hakimiyyəti onu dərhal azad etməli və Gürcüstana öz ailəsinə qayıtmasına şərait yaratmalıdır”.