Azərbaycan

2012 Eurovision Musiqi Yarışmasının Azərbaycanda keçirilməsi ilə beynəlxalq diqqət Azərbaycan hökümətinin insan hüquqları ilə bağlı pisləşən vəziyyətinə yönəlmişdir. 2012-ci ildə siyasi fəallar, müstəqil və müxalif yönümlü jurnalistlərin fəaliyyəti üçün kəskin mühit daha da pisləşmişdir. Həbslərdən siyasi qisas vasitəsi kimi istifadə edən hökumət həm də bir çox dinc aksiyaları zorakılıqla dağıdaraq fəalları və yoldan keçən təsadüfi insanları əsasız olaraq həbs etmişdir. Din azadlığına məhdudiyyətlər və qeydiyyatı olmayan dini qruplara qarşı təqiblər 2012-ci ildə davam etmişdir. Paytaxt Bakı şəhərinin gözəlləşdirilməsi kampaniyası adıyla hökumətin apardığı işlərin daha da geniş vüsət alması minlərlə ailənin məcburi olaraq öz evindən köçürülməsi və onlara məxsus mülklərin qeyri-qanuni olaraq uçurulması ilə nəticələnmişdir.

Beynəlxalq güclər Azərbaycan hökuməti ilə qarşılıqlı əməkdaşlıqlarının potensialından tam yararlana bilmədiyinə görə hökumətə insan hüquqları ilə bağlı üzərinə götürdüyü öhdəliklərinin icrası üçün təzyiq göstərə bilməmişdir.

Mətbuat azadlığı

İyun ayında Ali Məhkəmənin qərarı ilə sosial media fəalı Bəxtiyar Hacıyev azadlığa çıxıb. Hacıyev məcburi hərbi xidmətdən boyun qaçırtmaqda günahlandırılaraq 2 il həbsə məhkum edilmişdi. Azərbaycanda jurnalistlərə qarşı saxta ittiham, hədə-qorxu, təhdid və fiziki hücum halları 2012-ci ildə davam etmişdir. Defamasiya görə cinayət təqibi hələ də cinayət tərkibli olaraq qalır.

Xural qəzetinin əməkdaşı Aydin Canıyev xuliqanliq etmək adlı qurama ittihamla günahlandırılaraq 2011-ci ilin noyabr ayında 3 il azadlıqdan məhrum edilmişdir. Caniyevin həbs edilməsi qərarı onun hakimiyyəti tənqid edən yazılarına görə qisas almaq cəhdinə oxşayır. Hazırda həbsdə olan Xural qəzetinin baş redaktoru Əvəz Zeynallı 2011-ci ilin oktyabr ayında hakim partiyadan olan bir parlament üzvünün iddiası əsasında şantaj etmə adlı şübhəli ittihamda günahlandırılaraq həbs olunub.

Mütəmadi olaraq hökumət daxilində korrupsiya hallarını ifşa edən yazıların çhap olunduğu Xural qəzetinə qarşı qaldırılan 3 mülki defamasiya iddiası əsasında məhkəmə tərəfindən Xural qəzetinə tətbiq olunan cərimələrin ödənilməsi üçün qəzetin mülkiyyəti 2011-ci ilin oktyabr ayında müsadirə olunmaqla qəzet qapadılmışdır.

Quba şəhərində fəaliyyət göstərmiş Xəyal TV kanalının icraçı direktorunu və kanalın baş redaktorunu 2012-ci ilin mart ayında Qubada baş verən iğtişaşları təşkil etməkdə və vəzifədən sui-istifadə ittihamları əsasında günahlandırılaraq 2012-ci ilin mart ayında həbs olunublar. Hazırda məhkəməsi davam edən bu jurnalistlərə qarşı sürülən bu ittihamlar 1 mart 2012-ci ildə Qubada baş vermiş kütləvi etiraz aksiyasına səbəb olduğu bildirilən Qubanın icra başçısının yerli sakinləri təhqir edən video çıxışını lentə alıb, YouTube üzərindən yaymaqla bağlı olub.

İranın Səhər TV kanalının müxbiri Anar Bayramli məhkəmənin qərarı ilə 2012-ci ilin iyun ayında narkotik saxlama adlı şübhəli ittiham əsasında həbs edilib. İyul ayında Appelyasiya Məhkəməsinin qərarı ilə onun 2 illik həbs müddəti yarıya endirilib.

Talışo Sədo qazetinin baş redaktoru Hilal Məmmədov 2012-ci ilin iyun ayında narkotik saxlama adlı şübhəli ittiham əsasında günahlandırılaraq həbs olunub. Hazırda həbsdə olan Məmmədov məhkəməsinin keçirilməsini gözləyir.

Yerli medianın monitorinqi ilə ixtisaslaşmış Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstitutunun (RATİ) fotoreportyoru, bloqqer Mehman Hüseynov 2012-ci ilin iyun ayında xuliqanlıq etmə adlı saxta ittiham əsasında saxlanılmışdır. Hüseynov azad edilsə də, onun üzərindən cinayət maddəsi götürülməyib.

Sərbəst jurnalistika ilə məşğul olan jurnalist Fərəməz Novruzoglu qanunsuz sərhəd keçmək və kütləvi iğtişaşa təhrik etmə adlı saxta itthamlarda günahlandırılaraq 2012-ci ilin avqust ayında 4,5 il azadlıqdan məhrum edilmişdir. İğtişaşa təhrik ittihamının səbəbi jurnalistin guya başqa ad altında 2011-ci ildə Facebook sosial şəbəkəsində insanlara müraciət edərək onları küçələrə çıxıb etiraz etməyə çağırması ilə bağlıdır. Bu ittihamları rədd edən Novruzoğlu iddia edir ki, onun həbsinə hakimiyyətin yuxarı dairələrinin biznes əlaqələri barədə onun apardığı jurnalist araşdırmaları səbəb olub.

Aprel ayında jurnalist İdrak Abbasov mülk söküntüləri və evlərdən məcburi köçürülmələrlə bağlı çəkiliş apardığı zaman polis və təhlükəsizlik əməkdaşları tərəfindən huşunu itirənədək döyülmüşdür. Bu yazı çapa gedərkən polis araşdırması davam edirdi.

2012-ci ilin mart ayında Azadlıq Radiosunun jurnalisti Xədicə İsmayılova prezidentin ailəsi və onlara yaxın şəxslərin biznes maraqları və holdinqləri ilə bağlı apardığı jurnalist araşdırmasına görə naməlum şəxslərin şantaj cəhdi ilə üzləşib.

2011-ci ilin noyabr ayında həftəlik “Sənət” qəzetinin əməkdaşı Rafiq Tagi evinin yaxınlığandakı küçədə bıçaqlanmış və aldığı yaralardan xəstəxana vəfat etmişdir. Bu fakta görə heç kim məsuliyyətə cəlb olunmayıb.

Azərbaycan

Country Chapter

Azərbaycan

2012 Eurovision Musiqi Yarışmasının Azərbaycanda keçirilməsi ilə beynəlxalq diqqət Azərbaycan hökümətinin insan hüquqları ilə bağlı pisləşən vəziyyətinə yönəlmişdir. 2012-ci ildə siyasi fəallar, müstəqil və müxalif yönümlü jurnalistlərin fəaliyyəti üçün kəskin mühit daha da pisləşmişdir.

Sentyabr ayında müxalif yönümlü Azadlıq qəzeti nəşriyyata olan iri məbləğdə olan borclarını ödəyə bilmədiyinə görə dövlət nəşriyyatında yerləşən ofisindən çıxarılma təhlükəsi ilə üzləşmişdir. Bundan başqa, Bakı Metropoliteni rəhbərinin qaldırdığı mülki defamasiya iddiası əsasında məhkəmə Azadlıq qəzetini 30,000 (təxminən 40,000 ABŞ dolları) məbləğində cərimələmişdir.

Toplaşma Azadlığı

Azərbaycan hökuməti dinc aksiyaları bir çox hallarda zorakı üsullardan istifadə edərək dağıtmaqla, aksiya təşkilatçılarını və ya iştirakçılarını həbs etməklə ifadə azadlığını məhdudlaşdırmışdır. 2006-cı ilin əvvəlindən başlayaraq hökumət heç bir zaman müxalifətin şəhər mərkəzində aksiya keçirməyinə icazə verməmişdir. 2012-ci ilin mart ayında keçirilən ilk icazəli dinc aksiyada ifa edən iki muqiqiçi polis tərəfindən həbs edilərək döyülmüş və vəkillə təmin olunmasına imkan verilməmişdir. Hər iki musiqiçi 5 gündən 10 günədək müddətə inzibati qaydada azadlıqdan məhrum edildikdən sonra sərbəst buraxılmışlar.

Polis müxalifətin şəhər kənarında keçirəcəyi aksiyada iştiraka təşviq edən bröşürlər paylayan 20 fəalı 2012-ci ilin aprel ayında saxlamışdır. 7 nəfər polisə müqavimət göstərməkdə ittiham olunaraq 10-15 sutkalıq inzibati qaydada həbsə məhkum edilmiş və digərləri isə bir müddətdən sonra ya azad edilmiş ya da cərimə olunaraq sərbəst buraxılmışlar.

2012 Eurovision Musiqi Yarışmasının başlamasına bir neçə gün qalmış və bu tədbirin keçirildiyi ərəfədə polis Bakı şəhərinin mərkəzində keçirilən bir neçə etiraz aksiyasını dağıtmışdır. Polis aksiya iştirakçılarına qarşı zorakılıq tətbiq etmiş və onları zorla avtobuslara dolduraraq bəzilərini döymüşdür. Bir neçə saat saxlanıldıqdan sonra onlar sərbəst buraxılıblar.

Oktyabr ayında Bakı şəhərinin mərkəzində keçirilən icazəsiz aksiyada polis onlarla etirazçıya qarşı zorakılıq tətbiq edərək, onları zorla avtobuslara doldurmağa cəhd göstərmişdir. Aksiyanın bir çox iştirakçısı cərimə olunaraq sərbəst buraxılsa da, ən azı 13 fəal inzibati qaydanı pozmaqda günahlandırılaraq 10 sutka həbsə məhkum edilmişlər.

Noyabr ayında parlamentin qəbul etdiyi qanuna əsasən icazəsiz aksiyaları təşkil edənlərə və bu aksiyalarda iştirak edənlərə qarşı cərimələrin məbləği artırıldı. Yeni qanun iştirakçılara 1000 AZN ($1,274), təşkilatçılara isə 3000 AZN ($ 3,822) həcmində cərimə tətbiq edilməsini nəzərdə tutur.

Siyasi Məhbuslar

Siyasi motivli ittihamlar əsasında həbsolunmalar hələ də mövcud problem olaraq qalmaqdadır. 2012-ci ilin iyun ayında Avropa Şurası Parlament Assambleyasının (AŞPA) bir komitəsi tərəfindən hazırlanan hesabatda Azərbaycanda 89 nəfər siyasi məhbusun məsələsi əks olunmuşdur. Bu hesabatın ictimaiyyətə açıqlanmasından bir az əvvəl prezident 9 siyasi məhbusu azad etmişdir. AŞPA-nın hazırladığı bu hesabatda öz fəaliyyətlərinə görə saxta ittihamlarla günahlandırılaraq həbsdə olan jurnalistlərin, hüquq müdafiəçilərinin və siyasi fəalların məsələlərindən bəhs olunur.

III - Pis Rəftar və Saxlanma Məntəqələrində Ölüm

İşgəncə və pis rəftar cəzasızlıq mühitində davam etməkdədir. 2012-ci ildə saxlanma məntəqələrində 2 adam ölmüşdür. Həbsxanalarda müstəqil olaraq monitorinq aparan İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin verdiyi məlumata görə 2012-ci ilin ilk səkkiz ayında həbsxanalarda pis rəftar iddiası ilə bağlı təşkilata 136 şikayət ərizəsi daxil olmuşdur.

Evlərdən Məcburi Köçürülmələr və Qanunsuz Söküntülər

2008-ci ildən başlayaraq paytaxt Bakı şəhərinin yenidən qurulması ilə bağlı geniş proqramın icrasına başlamışdır. Bu proqramın icrası donəmində, hokumət yuzlərlə mülkü, xususilə orta sinfin məskunlaşdığı ərazilərdəki bina və evləri qanunsuz olaraq məcburi şəkildə ozgəninkiləşdirərək, o ərazilərdə parklar, yollar, ticarət mərkəzi və təmtəraqlı yaşayış binaları tikmək məqsədiylə ucurmuşdur. Evlərindən məcburi olaraq çıxarılan insanların aldıqları kompensasiya bir çox hallarda mövcud bazar qiymətindən çox aşağı olmuşdur. 2012-cidə Eurovison Musiqi Yarışmasının keçirilməsi üçün aparılan tikinti işləri sürətləndirilməsi yüzlərlə mülk sahibinə ziyan vurmuşdur.

Din Azadlığı

Din azadlığının hökumət tərəfindən məhdudlaşdırılması 2012-ci ildə də davam etmişdir. 2011-ci ilin dekabr ayında qanunvericiliyə edilən dəyişikliklər prezident tərəfindən imzalanmışdır. Bu dəyişikliklərə əsasən dövlət tərəfindən təsdiq edilməyən dini ədəbiyyatların qanunsuz nəşri, paylanması və idaxalı cinayət tərkibi daşıyır. Bu dəyişikliklərə qədər isə belə hallar inzibati xəta kateqoriyasına aid edilirdi.

Cinayət Məcəlləsinin yeni maddəsinə görə dini ayinlərin icrası adı altında ictimai asayişi pozan qrup yaratmaq qanuna uyğun olaraq cəzalandırılacaq.

Dini azadlıqların monitorinqi ilə beynəlxalq səviyyədə məşğul olan müstəqil Forum 18 adlı təşkilatın bildirdiyinə görə polis bir neçə evə daxil olaraq dini məsələlərlə bağlı reydlər aparmışdır.

Hüquq Müdafiəçiləri

Ölkənin cənubunda baş verən daşqınlardan ziyan çəkmiş insanların hüquqlarını qoruduqlarına görə Kür vətəndaş cəmiyyəti təşkilatının fəalı olan iki hüquq müdafiəçisi polis tərəfindən həbs olunmuşdur. 2012-ci ilin aprel ayında təşkilatın kordinatoru Oqtay Güləliyev xuliqanlıq ittihamı ilə həbs edilmişdir. İyun ayında Güləliyev azad edilsə də cinayət təqibi hələ onun üzərindən götürülməyib. İyun ayında təşkilatın digər fəalı İlham Əmiraslanov həbs olunub. Sentyabr ayında məhkəmə Əmiraslanova qarşı sürülən qanunsuz silah saxlama adlı saxta ittiham əsasında onu 2 il azadlıqdan məhrum etmişdir. Güləliyevin saxlanıldığı müddətdə pis rəftara məruz qalması haqda iddialar ümumiyyətlə araşdırılmamışdır. Prokurorluq Əmiraslanovun iddia etdiyi pis rəftar faktlarıyla bağlı ilkin sorğusunu isə araşdırmaqdan imtina etmişdir.

Göyçay rayonundan olan hüquq müdafiəçisi və bloqqer Taleh Xasməmmədov aprel ayında xuliqanlıq və dövlət məmuruna qarşı zorakılıq etmək maddəsi ilə 4 il azadlıqdan məhrum edilmişdir. Xasməmmədov yerli hüquq mühafizə orqanları əməkdaşlarının daxil olduğu korrupsiya və hüquq pozuntuları iddiaları ilə bağlı aparırdığı araşdırmaları ilə tanınırdı.

Göyçaydan olan digər hüquq müdafiəçisi Vidadi İsgəndərov parlament seçkisiniə müdaxilə etmək adlı saxta ittihamla günahlandırılaraq 2011-ci ilin avqust ayında azadlıqdan məhrum edilmişdir və hələ də dəmir barmaqlıqlar arxasındadır.

2011-ci ilin mart ayında Ədliyyə Naziriliyi tərəfindən qeydiyyatına xitam verilən Beynəlxalq İnsan Hüquqları Evi şəbəkəsinin üzvü olan Azərbaycan İnsan Hüquqları Evi hələ də bağlı olaraq qalır.

Əsas Beynəlxalq Güclər

Avropa İttifaqi, Amerika Birləsmiş Ştatları və digər beynəlxalq və regional institutlar və tərəfdaşlar insan hüquqlarının durumuna görə Azərbaycanı tənqid etsələr də, hüquq pozuntuları ilə bağlı vəziyyətin konkret yaxşılaşdırılması məqsədi ilə siyasi təzyiq tətbiq etmədilər və Azərbaycan hökuməti ilə qarşılıqlı əlaqələrini insan haqlarını yaxşılaşdırılması üçün şərtləndirə bilmədilər.

Bir çox xarici ölkələrin hökumətləri və beynəlxalq təşkilatlar Macarıstandan Azərbaycana ömürlük cəzasının qalan hissəsini çəkmək üçün ekstradisiya edilən hərbçi Ramil Səfərovu əfv etdiyinə görə Prezident İlham Əliyevi tənqid etdilər. 2004-cü ildə Macarıstan məhkəməsi NATO-nun dəstəyi ilə Budapeşt şəhərində keçirilən bir treyninq zamanı öz erməni həmkarını qətlə yetirən Səfərovu azadlıqdan məhrum etmişdi. Törətdiyi cinayəti etiraf edən Səfərov bildirmişdir ki, bu qətli törətməsinə onun qurbanının etnik kimliyi səbəb olub.

Avropa İttifaqı, Avropada Əməkdaşlıq və Təhlükəsizlik Təşkilatı və Amerikanın Bakıdakı səfirliyi jurnalist İdrak Abbasova qarşı törədilmiş hücumu tənqid edərək, Azərbaycan hökumətinə müraciət edərək bu hücumla bağlı çevik və hərtərəfli istintaq aparmağa çağırsa da, heç bir nəticəsi olmamışdır.

May ayında açıqlanan Yeni Qonşuluq Siyasəti hesabatında, Avropa Birliyi seçki prosesi üzrə, insan hüquqlarının müdafiəsi sahəsində və məhkəmələrin müstəqillyi ilə bağlı Azərbaycanın üzərinə götürdüyü öhdəliklərini yerinə yetirmədiyini xüsusi vurğulamışdır. Bu hesabatda ilk dəfə olaraq hökumət rəsmilərinə ünvanlanan konkret tövsiyyələr də yer alıb.

Eurovision Musiqi Yarışmasının keçirilməsinə nəzarət edən Avropa Yayım Birliyi (AYB) Azərbaycanda söz azadlığının yaxşılaşdırmaqla bağlı açıq şəkildə öhdəlik götürsə də, ortaya ciddi prinsipial mövqe qoymaqdan imtina etmişdir. AYB həmçinin Eurovision Musiqi Yarışması ilə əlaqədar aparılan tikinti-infrastruktur işləri ilə əlaqədar evləri uçurulan ev sahiblərinə müvafiq uyğun kompensasiyaların verilməsini Azərbaycan hökümətindən tələb etməkdən də imtina etmişdir.

İyun ayında Bakıda səfərdə olarkən, ABŞ Dövlət Katibi Hillary Clinton Bəxtiyar Hacıyevlə görüşmüş və hökumətə müraciət edərək siyasi motiv əsasında həbs olunan digər məhbusları da azad etməyə çağırmışdır.

İyun ayının 26-da da Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Hüquqi Məsələlər və İnsan Hüquqları Komitəsi mühüm bir səsvermə ilə Azərbaycanda siyasi məhbuslar haqqında hesabatı qəbul etmişdir. Azərbaycan hökuməti komitənin siyasi məhbuslar üzrə təyin olunmuş məruzəçisi ilə əməkdaşlıqdan imtina edərək onun Azərbaycana gəlməsini əngəlləmişdir.

2012-ci ilin mart ayında BMT-nin Uşaq Hüquqları Komitəsi yuvenal ədliyyə sisteminində çatışmazlıqlara və ailəsiz uşaqların təkmilləşdirilməsi üçün alternativlərin olmamasına görə Azərbaycanı tənqid etmişdir.

Ingilis dilindən tərcümə edilmişdir.

  • 2012 Eurovision Musiqi Yarışmasının Azərbaycanda keçirilməsi ilə beynəlxalq diqqət Azərbaycan hökümətinin insan hüquqları ilə bağlı pisləşən vəziyyətinə yönəlmişdir. 2012-ci ildə siyasi fəallar, müstəqil və müxalif yönümlü jurnalistlərin fəaliyyəti üçün kəskin mühit daha da pisləşmişdir.