Skip to main content

Azərbaycan: İnsan hüquqlarının boğulduğu dövrdə seçkilər.

Həbs edilmiş jurnalistlər, fəllar və siyasi məhbuslar azad edilməlidir; Fundamental hüquq və azadlıqlar təmin edilməlidir.

(Berlin) – Human Rights Watch təşkilatının bu gün açıqladığı 2014 Dünya üzrə Hesabat-da bildirilir ki, Azərbaycandasərbəst toplaşma, ifadə və birləşmə azadlıqlarının təmin edilməsi sahəsindəki pis vəziyyət 2013-cü ildə daha da kəskin şəkildə pisləşmişdir. Xüsusilə, ölkədə keçirilən prezident seçkiləri öncəsi insan hüquqları sahəsində durum daha acınacaqlı xarakter almışdır.

Azərbaycan hökuməti saxta ittihamlar əsasında çoxlu sayda siyasi fəalı və tənqidçi jurnalisti həbs etmiş, dinc aksiyaları dağıtmış və fundamental azadlıqları daha da məhdudlaşdırmaq məqsədilə qanunlara dəyişiklər tətbiq etmişdir. Hökumətin apardığı bu repressiv siyasət 2013-cü ilin oktyabr ayında keçiriləcək prezident seçkilərinin fonunda davam etmişdir. Bu seçkilərdə hazırkı Prezident İlham Əliyev üçüncü müddətə ölkəyə rəhbərlik etmək üçün səslərin 84.5 faizi ilə yenidən prezident seçilmişdir.

“Keçən il Azərbaycan hökuməti onu tənqid edənlərə qarşı çox ciddisərt tədbirlərdənistifadə etmişdir. Hökuməti tənqid edən hər hansı şəxsə qarşı əsassız və qəribə ittihamlar irəli sürərək həbsə atmaq hökumətin nüfuzunu və etibarlılığını nə ölkə daxilində nə də xaricdə artıra bilməz,” deyə Human Rights Watch təşkilatının Cənubi Qafqaz üzrə baş tədqiqatçısı Giorgi Gogia bildirib.

667 səhifəlik 2014 Dünya üzrə Hesabat-da Human Rights Watch təşkilatı dünyanın 90-dan çox ölkəsində insan hüquqlarının vəziyyətini təhlil edir. Təşkilat bildirir ki, Suriyada çoxlu sayda insanın ölümü dəhşətli vəziyyəti ortaya qoysa da dünya liderləri bunun qarşısını almaq üçün çox az tədbirlər görmüşdür. “Qorumaq Məsuliyyəti” doktrinasının yenilənərək daha da gücləndirilməsinin Afrikada kütləvi insan ölümlərinin qarşısını aldığı müşahidə edilmişdir. Misir və digər ölkələrdə hakimiyyətdə olanlar ölkələrində müxalifəti və milli azlıqların hüquqları ciddi şəkildə boğmuşdur. ABŞ-ın nəzarət və dinləmə proqramları ilə bağlı Edward Snowden-in ictaimailəşdirdiyi məxfi sənədlər bütün dünyada geniş əks-səda doğurmuşdur.

2013-cü il ərzində, Azərbaycan hökumətini tənqid edən ən azı 23 siyasi fəal, jurnalist, bloqqer və hüquq müdafiəçisinə qarşı narkotik və silah saxlama, xuliqanlıq, dini-siyasi-irqi ayriseçkilik salma və hətta vətənə xəyanət kimi müxtəlif saxta ittihamlar irəli sürülmüşdür. Hazırda dəmir barmaqlıqlar arxasında olan bu 23 şəxsin bir çoxunun işi ibtidai istintaq dövründədir. Human Rights Watch Azərbaycana hökumətinə çağırış edərək bildirir ki, siyasi motivlər əsasında həbs olunmuş bu və digər şəxslərin hamısı azad edilməlidir.

Həbsdə olan bu şəxslərdən biri ölkədə oktyabr ayında keçirilən seçkilər zamanı müstəqil müşahidə missiyasını həyata keçirmiş Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin (SMDT) rəhbəri Anar Məmmədlidir. Təşkilat apardığı müşahidələrə əsaslanaraq bəyan edib ki, 9 Oktyabrda seçkiləri azad və ədalətli keçirilməmişdir. 16 dekabr 2013-cü il tarixində Anar Məmmədli məhkəmənin qərarı ilə vergi ödəməkdən yayınmaqda, qanunsuz olaraq sahibkarlıq fəaliyyəti ilə məşğul olmaqda və vəzifə səlahiyyətlərini aşmaqda ittiham olunaraq barəsində üç aylıq həbs-qətimkan tədbiri seçilərək istintaq təcridxanasına göndərilib.

2013-cü ildə digər həbs olunanların sırasına müxalifətin yüksək ranqlı üzvləri daxildir. Məsələn, iğtişaş törətməkdə günahlandırılaraq 4 fevral tarixində həbs olunan REAL Hərəkatının rəhbəri İlqar Məmmədov və Müsavat partiyası başqanının müavini Tofiq Yaqublu; və narkotik saxlama və digər ittihamlar irəli sürülərək həbs edilən 8 gənc fəal mart ayında keçiriləcək dinc bir aksiyada zorakılıq törətməklə bağlı planları olmaqda günahkar bilinir. Təqsirli bilindikləri təqdirdə bu gənc fəallar 12 ilə qədər həbsə məhkum oluna bilinər.

Parlamentin qanunlara etdiyi dəyişikliklər nəticəsində ölkədə sərbəst toplaşma, ifadə və birləşmə hüquqları daha da məhdudlaşdırılmışdır. İcazəsiz etiraz aksiyalarında iştirak etməyə və bu aksiyaları təşkil etməyə görə qanunda əvvəllər nəzərdə tutan cərimənin miqdarı 100 dəfədən çox artırılmışdır. Edilən digər dəyişikliklərə görə həbslə nəticələnən ictimai asayiş pozuntuları üzrə maksimum həbsdə qalma müddəti 15 gündən 60 günə qədər uzadılmışdır. Müstəqil təşkilat və qrupların maliyyə almasınının qarşısını almaq üçün daha da sərt tələblər və əlavə tənzimləyici tədbirlər tətbiq edilmişdir. 2013-cü ilin may ayında Azərbaycan parlamenti böhtan və təhqirə görə cinayət təqibinin əhatəsini daha da genişləndirərək onu “kütləvi nümayiş etdirildiyi halda internet resurslarına”, o cümlədən sosial mediada ifadə olunan fikirlərə də şamil etmişdir.

Azərbaycanın beynəlxalq tərədaşları ölkənin insan hüquqları sahəsində üzərinə götürdüyü öhdəliklərə əməl etmədiyinə görə hökuməti tənqid etmişdir. Lakin buna baxmayaraq, həmin beynəlxalq tərəfdaşlar Azərbaycan hökuməti ilə qarşılıqlı əməkdaşlıqlarının potensialından tam yararlana bilmədiyinə görə insan hüquqları sahəsində ölkədə durumun yaxşılaşdırılması istiqamətində hökumətə təzyiq göstərə bilməmişdir.

“Görünür ki, Azərbaycan hökuməti özünün beynəlxalq imicinin qayğısına qalır, lakin insan hüquqları sahəsində üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməsi üçün hökumət çoxlu işlər görməlidir. Beynəlxalq tərəfdaşlar rəsmi Bakını üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyə israr etməkdə uğur qazanmaq istəyirsə həmin beynəlxalq partnyorlar ölkədə insan hüquqlarının yaxşılaşdırılması üçün aydın çərçivələr müəyyən etməlidir,” deyə Gogia bildirib.

Your tax deductible gift can help stop human rights violations and save lives around the world.