Skip to main content

Azərbaycan: Hökumət gənc fəalları hədəfə alıb.

Hərəkatın rəhbərlərinin yeni həbsi tənqidçiləri susdurmağa yönəlib.

(Berlin) – Azərbaycandabir məhkəmənin qərarı ilə üç siyasi fəala qarşı qanunsuz silah saxlama adlı şübhəli ittiham irəli sürülərək barələrində həbs qəti imkan tədbiri seçilmişdir. Bu həbslərlə, 10 Mart 2013-də Bakıda keçirilən dinc aksiya ilə əlaqədar tutulan gənc fəalların sayı 7 nəfərə yüksəlmişdir.

Nəsimi rayon Məhkəməsinin qərarı ilə 25 yaşlı Üzeyir Məmmədli, 28 yaşlı Rəşadət Axundov mart ayının 30-da və 26 yaşlı Zaur Qurbanlı isə aprel ayının 1-də həbs olunublar. Həbs olunan bu gənc fəalların hamısı sosial mediada hökuməti kəskin edən müxalif-yönümlü NİDA hərəkatının heyətinin üzvləridir.

“Görünür ki, hökumət bu gənc etirazçı qrupu susdurmağa cəhd edir. Bu həbslərin başlıca məqsədi hökuməti tənqid edən digər gənc fəalların qorxudulmasına nail olmaqdır,” deyə Human Rights Watch təşkilatının Avropa və Mərkəzi Asiya bölməsinin müavini Rachel Denber bildirib.

Azərbaycan hökuməti tədqiqatçı jurnalistləri susdurmaq və qorxutmaq üçün onlara qarşı qanunsuz narkotik saxlamaittihamı da daxil olmaqla dəfələrlə çoxlu sayda saxta ittihamlardan istifadə etmişdir.

Human Rights Watch təşkilatı bildirir ki, hökumət həbs edilən 7 fəalı azad etməli, onların həbs olunma şəraitini araşdırmalı və onlara qarşı sürülən ittihamların hüquqiliyini təsdiq edən əsaslı sübütlar olmayana qədər bütün ittihamlara xitam verilməlidir.

Mart ayının əvvəlində NİDA təşkilatının üzvlərinin evlərində aparılan axtarışlarda mitinqlərdə istfadəsi nəzərdə tutulan Molotov kokteyli və narkotik maddələr tapıldığını iddia etdikdən sonra, təşkilatın daha 4 üzvü həbs olunub.

Həbs olunan gənclərin valideynləri bu ittihamları rədd edərək bildirmişlər ki, silah və narkotika onların evlərinə qəsdən yerləşdirlib.

Baş verən bu üç yeni həbslə bağlı, prokurorluq həbs olunanların qanunsuz silah saxlayan bir dəstənin üzvü olduğunu bəyan etsə də, bu iddianı sübüta yetirmək üçün prokurorluq heç bir dəlil ortaya qoymamışdır. Vəkillər Human Rights Watch-a bildirmişlər ki, məhkəmə heç bir sübüt irəli sürməyib.

Human Rights Watch bildirir ki, həbs olunanlara qarşı sürülən ittihamların əsaslandırılması üçün ilkin sübütların təmin edilməməsi Azərbaycanın da qoşulduğu İnsan Hüquqları üzrə Avropa Konvensiyasının tələb etdiyi standarların pozulmasıdır. Bu Konvensiya tələb edir ki, məhkəmələr ibtidai istintaqla bağlı qərar verərəkən buna kifayət qədər və konkret səbəblər göstərməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi özünün “xüsusi səy” tələbinə uyğun olaraq qeyd edir ki, saxlanma haqda qərar verərəkən məhkəmənin vəzifəsi bu qərarla bağlı bütün ağlabatan sübütları ortaya qoymaqdır və prokurorun məhkəməyə formal təqdimatı bu məqsəd üçün yetərli sayıla bilinməz.

Mart ayının 7-də həbs edilən NİDA-nın üç üzvü - Bəxtiyar Quliyev, Şahin Novruzlu və Məhəmməd Əzizov - mart ayınının 10-da keçiriləcək aksiyada zorakılığa təşviqi planlaşdırmada günahlandırılmışdır.

Dövlət televiziyası və ictimai kanal da daxil olmaqla demək olar ki, Azərbaycanın bütün televiziya kanalları həbs olunanlardan ikisinin - Quliyev və Əzizovun - polisə müqavimət göstərmək və vəziyyəti gərginləşdirmək məqsədi ilə aksiyalarda Molotov kokteylindən istifadə etməyi planlaşdırdıqları haqda etiraflarını yaymışdır. Televiziyada yayınlanan bu etiraflar əvvəlcədən hazırlanmış çıxışa bənzəyirdi. Bu hal, fəalların saxlandıqları yerdə və vəkillərinə heç bir çıxışları olmadıqları vaxtda təzyiq və hədə-qorxuya məruz qalmasından xəbər verir.

NİDA-nın idarə heyətinin martın 14-də həbs olunan dördüncü üzvü Rəşad Həsənova da qarşı silah ittihamı irəli sürülərək onun haqqında 3 ay həbs qəti imkan tədbiri seçilmişdir. Həsənov-un vəkilinin Human Rights Watch-a bildirdiyinə görə televiziyada etiraf etdiyi göstərilən iki fəaldan birinin etirafı Həsənovla bağlı olub. Vəkil bildirdiyinə görə, digər etiraf edən isə televiziyada yayımlanan etirafını rədd edərək bildirib ki, etirafını təzyiq altında edib.

Human Rights Watch tələb edir ki, Azərbaycan hökuməti dərhal və səmərəli şəkildə bu iddia olunan etirafları araşdırmalıdır.

Xüsusilə, Azərbaycan hökuməti həbs olunan bu şəxslərin ilkin saxlanma ərəfəsində hansı səbəbdən öz vəkillərinə çıxışları olmadıqlarının səbəblərini araşdırmalıdır. Avropa İnsan Hüquqları Məhkəməsi bir çox hallar üzrə vurğulamışdır ki, “əgər vəkillə təminat hüququnu xüsusi şərtlər altında məhdudlaşdıran səbəblər yoxdursa, saxlanılan şübhəlinin polisdə ilkin dindirilməsindən başlayaraq onun bu hüququ təmin edilməlidir.”

Həbs olunanların hamısı fəal Facebook və Twitter istifadəçiləridir. “NİDA” üzvlərindən bəziləri “Heydər Əliyev Səhifəsi”-ni idarə edirlər. Bu səhifə hökuməti tənqid edən karikatura, satira və tənqid platformasıdır.

Baş Prokurorluğun yanında Ağır Cinayətlər üzrə İstintaq İdarəsi Axundov və Məmmədlini 30 mart tarixində və Qurbanlını isə 1 apreldə həbs ediblər. Bu fəalları yaxından tanıyan insanlar Human Rights Watch-a bildirmişlər ki, onların hər üçü bənzər şəraitdə küçədə mülki geyimli əməkdaşlar tərəfindən saxlanılaraq istintaqa aparılıblar.

Onlara qarşı Cinayət Məcəlləsinin 228.3 maddəsi üzrə mütəşəkkil qrup tərəfindən qanunsuz silah saxlama ittihamı irəli sürülmüşdür. Əgər cinayət sübüta yetirilərsə, onlar 8 ilədək azadlıqdan məhrum edilə bilinər.

“Bu gənc fəalların şübhəli televiziya etirafına əsasən saxlanılması müvafiq hüquqi standartlara ziddir. Bu etiraflar yalnız hökumət tənqidçilərinə qarşı təhdidlər və qanunsuz təzyiqin araşdırılmasına gətirib çıxarmalıdır,” deyə Denber bildirib.

Your tax deductible gift can help stop human rights violations and save lives around the world.

Region / Country